Bu ilin 6 ayı ərzində 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Far.Az xəbər saytı

Bu ilin 6 ayı ərzində 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb


Bu ilin 6 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir.

Bu barədə Far.Az-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda məlumat verilib.

Qeyd edilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 497 kq 378, 1 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 698 kq 482,159 qramını marixuana, 236 kq 893,346 qramını heroin, 104 kq 999,798 qramını tiryək, 240 kq 913,147 qramını həşiş, 124 kq 868,74 qramını digər narkotik vasitələr və 91 kq 220,91 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 24437 ədəd həb metadon, 9444 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.

Oxşar xəbərlər

Bu ilin beş ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər