IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY
Far.Az xəbər saytı

IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY


Şuşa şəhərində dördüncü dəfədir keçirilən Qlobal Media Forumu kommunikasiya və informasiya texnologiyaların, süni intellektin sürətli inkişafı, qlobal geosiyasi və geoiqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik, o cümlədən informasiya təhlükəsizliyinin ciddi təhdidlər qarşısında qaldığı dünyada, təkcə medianı deyil, bütövlükdə humanizm dəyərlərini, ədalət prinsiplərini ciddi çağırışlar qarşısında qoyan problemlərin açıq və şəffaf şəkildə müzakirə olunduğu beynəlxalq platformaya çevrilib.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, foruma ildən-ilə artan diqqət, dünyanın müxtəlif ölkələrini, aparıcı resurslarını təmsil edən media nümayəndələrinin bəşəriyyəti narahat edən problemlərlə bağlı Prezident İlham Əliyevə ünvanlandığı suallara dərin analitik təfəkkürün, strateji baxış bucağının süzgəcindən keçirilən cavabların uzun müddəd dünya mediasının, aparıcı beyin mərkəzlərinin müzakirə və istinad mənbəyinə çevrilməsi Forumun qlobal əhəmiyyətini nümayiş etdirir.

Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, bu baxımdan Şuşada keçirilən forumu ilin ən önəmli hadisələrindən biri kimi də dəyərləndirmək olar:

"Hazırda media tarixin ən çətin, ən mürəkkəb transformasiya dövrünü yaşayır. Əgər bir zamanlar radionun yaranması çap mediasını, televiziyanın yaranması radionu müəyyən çağırışlar qarşısında qoymuşdusa da, zamanla bu proses təbii şəkildə tənzimlənərək sözügedən media seqmentlərinin öz auditoriyalarını formalaşdırmalarına zəmin yaratmışdı. Mövcud reallıqlar faktiki olaraq, bütün media seqmentlərini, bütövlükdə ənənəvi medianı ciddi çağırışlar qarşısında qoyub və vəziyyəti mürəkkəbləşdirən əsas məqam ondan ibarətdir ki, ənənəvi medianın hələ tam adaptə olmadığı rəqəmsal reallıqlar az qala hər gün dəyişir.

Təəssüf ki, bəzən yaranan yeni "qəliblər" mediaya öz şərtlərini diqtə edir, təkcə ayrı-ayrı resursları deyil, bütövlükdə dövlətlərin informasiya təhlükəsizliyini saysız-hesabsız alqoritmlərlə manipulyasiya oluna reallıqlar qarşısında qoyur. Bu səbəbdən Şuşa Qlobal Media Forumunu yeni reallıqlara transformasiya olunmaq, mövcudluğunu qorumaq üçün sözün əsl mənasında mücadilə aparan peşəkar media üçün unikal platforma hesab etmək olar".

E.Mirzəbəylinin fikrincə, builki forumu əvvəlki illərdən fərqləndirən mühüm cəhətlərdən biri ilk növbədə onun devizi ilə bağlıdır:

"Forumun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" adlandırılması, şübhəsiz ki, təsadüfi deyil və bu yanaşma təkcə Cənubi Qafqazda cərəyan edən prosesləri deyil, bütövlükdə qlobal miqyasda baş verənləri əhatə edir. Geosiyasi ziddiyyətlərin dərinləşdiyi, qlobal qarşıdurmaların dünyanı yeni təhdidlər qarşısında qoyduğu bir zaman kəsiyində Azərbaycan, öz təcrübəsindən çıxış edərək, sülh gündəliyini davam etdirir və bu prosesin həm də medianın missiyası olduğunu xatırladır".

Parlament üzvü vurğulayıb ki, bu gün dünyada baş verən müharibələrlə, insan ölümləri ilə müşaiyət olunan qarşıdurmaların təməlində dayanan amillərdən biri və birincisi qlobal etimad böhranıdır:

"Etimad böhranının səbəblərindən biri də, şübhəsiz ki, yalanla həqiqətin sərhədlərinin itməsi, sonuncunun həm beynəlxalq münasibətlər sistemində, həm də media müstəvisində təzyiq altında tamamilə sıradan çıxarılmaq perspektividir. Məhz bu xüsusda Azərbaycan həqiqətin bərpasının və etimadın yenidən qurulmasının sülhün təşviqi üçün yeganə vasitə olduğu mesajını verir. Düşünürəm ki, ənənəvi medianın sürətlə dəyişən reallıqlar qarşısında öz yerini qoruyub saxlamasının yeganə yolu da həqiqətə ayna olması, dəyərlərinə sadiq qalması və ona olan etimadı yendən bərpa etməsidir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər