Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir
Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir.
"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan bu qurumun tamhüquqlu üzvüdür:
"Azərbaycan D8-ə üzv olmasına çox önəm verir. Bütün D-8 ölkələrinin üzvlərinə bu təşəbbüsü dəstəklədikləri üçün təşəkkür edirəm. Bu gün Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb. Ümid edirik ki, D8 ölkələri Media Mükəmməllik Mərkəzindən fəal istifadə edəcəklər".
O qeyd edib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanın bu təsisatı yaratmaq təşəbbüsünü və səylərini dəstəklədiklərinə görə bütün D-8 üzvü olan ölkələrə də minnətdarlığını bildirir:
"Bu gün bütün üzv ölkələrin yekdil dəstəyi ilə D-8 Mükəmməllik Mərkəzinin tam fəaliyyətə başladığını söyləməkdən məmnunluq duyuram".
O inandığını bildirib ki, D-8 Mükəmməllik Mərkəzi jurnalistlərin və media nümayəndələrinin, yəni üzv ölkələrin bütün digər ölkələrindən olan media təmsilçilərinin qarşılıqlı fəaliyyəti üçün bir platforma rolunu oynayacaq:
"Hesab edirik ki, media təlimləri, həmçinin media sahəsində əməkdaşlıq və media qurumlarımız arasında dəyərli qarşılıqlı fəaliyyət prioritetlər sırasında olacaq. Bununla yanaşı, dezinformasiya ilə mübarizə, süni intellekt alətlərinin mediaya tətbiqi və Mükəmməllik Mərkəzi tərəfindən təqdim edilmiş konsept sənədinə əsaslanan digər bəzi sahələr də bir çox başqa prioritetlər arasında yer alacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













