IV Şuşa Qlobal Media Forumu aktual məsələlərinin müzakirəsinə geniş imkanlar yaradır - RƏY
Far.Az xəbər saytı

IV Şuşa Qlobal Media Forumu aktual məsələlərinin müzakirəsinə geniş imkanlar yaradır - RƏY


"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu özündə mühüm çağırışları və reallıqları əks etdirir.

Bunu "Far.Az"a Milli Məclisin üzvü Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman əməkdaşlıq məkanı kimi nüfuz qazanıb. IV Şuşa Qlobal Media Forumunda "Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq" söyləyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir, narahatlıq doğuran, qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlmişdir, o cümlədən bizi narahat edən məsələlər qaldırılmışdır:

"Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı bu mühiti, həmçinin bir çox beynəlxalq iştirakçılar arasında da yaratmağa çalışırıq. Çox sağ olun və bununla bağlı bizim dialoqumuz davam edir."

Deputat vurğulayıb ki, Azərbaycanın enerji və nəqliyyat layihələri ölkələr, xalqlar arasında sıx bağlantı yaradır.

"Hazırda Azərbaycanın enerji diplomatiyasının uğurları göz qabağındadır. Şuşa Qlobal Media Forumunda bütün bu məsələlərə xüsusi diqqət yönəldildi, Azərbaycanın malik olduğu imkanlar, istər ənənəvi, istərsə də bərpaolunan enerji sektorunda əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün potensial imkanlar diqqətə çatdırıldı".

V. Rəhimzadə bildirib ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə diqqətdədir.

"Ölkəmizin münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına verdiyi önəm təbii ki, mühüm üstünlüklərimizdən biridir. Bu isə öz növbəsində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə saxlanılmasının bir tələb kimi qarşıya qoyur. Azərbaycanın bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Regional inkişafa davamlı töhfələr verən Azərbaycanın dünya siyasətinə gətirdiyi yeniliklər, bu sahədə təkmilləşmə göz önündədir".

Deputat hesab edir ki, IV Şuşa Qlobal Media Forumu günümüzün aktual məsələlərinin müzakirəsinə, Azərbaycanın mövqeyinin öyrənilməsinə geniş imkanlar yaradır.

"Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibliyi, nüfuzu, qlobal problemlərin həllinə töhfələri bir daha təsdiqləndi. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışaraq bildirdi ki, tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından-dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər