Azərbaycan DİM-lərin icrası üzrə təcrübəsini BMT-nin Nyu-Yorkdakı forumunda təqdim edib
Far.Az xəbər saytı

Azərbaycan DİM-lərin icrası üzrə təcrübəsini BMT-nin Nyu-Yorkdakı forumunda təqdim edib


BMT-nin Nyu-York şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə təcrübəsi (HLPF 2026) təqdim edilib.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Forum çərçivəsində DİM-lərin həyata keçirilməsində mövcud qlobal çağırışlar, əldə olunmuş irəliləyişlər və məqsədlərə nail olunmasının sürətləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Forumda iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycanda DİM-lərin milli inkişaf prioritetlərinə inteqrasiyası, lokallaşdırılması, dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə əldə edilən təcrübə barədə məlumat verib.

Forum çərçivəsində 2027-ci ildə Könüllü Milli Hesabat (Voluntary National Review – VNR) təqdim edəcək ölkələrin dəyirmi masasında, eləcə də DİM-lərin əlaqələndirilməsi və həyata keçirilməsində maraqlı tərəflərin iştirakına həsr olunmuş xüsusi sessiyada Könüllü Milli Hesabatın hazırlanması prosesi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yeni əməkdaşlıq imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.

Həmçinin, H.Hüseynov Afrika ölkələri, İnkişafda Olan Kiçik Ada Dövlətləri və Orta Gəlirli Ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası zamanı qarşıya çıxan çağırışlara həsr olunmuş tematik sessiyada Azərbaycanın bu sahədə təcrübəsini bölüşüb.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması layihəsi icra olunur
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər