DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü
Niderlandlı referi Rob Diperink 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatındakı (DÇ-2026) fəaliyyətindən kənarlaşdırıldıqdan bir neçə həftə sonra dünyasını dəyişib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ED nəşri məlumat yayıb.
38 yaşlı hakimin ölüm səbəbi açıqlanmır. Qeyd olunur ki, hazırda polis tərəfindən araşdırma aparılır.
Diperink DÇ-2026-da video köməkçi hakim (VAR) kimi fəaliyyət göstərməli idi, lakin turnirin başlamasına bir ay qalmış FIFA onu işdən uzaqlaşdırıb.
Buna səbəb onun aprel ayında yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi təcavüz şübhəsi ilə həbs edilməsi olub. Eyni zamanda London polisi hakimin günahını sübuta yetirə bilməyib və işi bağlayıb. Lakin FIFA turnirdə yalnız qüsursuz reputasiyası olan şəxsləri görmək istədiyi üçün Diperinki dünya birinciliyinə dəvət olunanların siyahısından çıxarıb.
Niderland çempionatında Diperink 2017-ci ildən fəaliyyət göstərirdi. Daha sonra o, beynəlxalq dərəcəli video köməkçi hakim statusuna sahib olub. Xüsusilə niderlandlı referi 2024-cü il Avropa çempionatının bir neçə matçında təyinat alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













