Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda
Far.Az xəbər saytı

Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda


İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Xocalı Memorial Kompleksini ziyarət edərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Forum iştirakçıları sonra Xankəndi şəhərində aparılan tikinti və infrastruktur işləri ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən yenidənqurma və bərpa layihələri barədə ətraflı məlumat verilib. Media nümayəndələri Xankəndi şəhərində yaradılan, tarixi ədalətin və Qələbənin rəmzi olan Zəfər parkını da ziyarət ediblər.

Sonra Xocalı rayonuna səfər olub.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu beynəlxalq jurnalistlərin Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesləri ilə yerində tanış olması baxımından da mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər