Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür
Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.
Far.Az xəbər verir ki, onların hər ikisi hərbçi peşəsini özlərinə həyat yolu seçmişdi. Bu mənada onların bioqrafiyalarında da yaxınlıq, oxşarlıq var idi.
Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.
İlqar Mirzəyev 1973-cü il Gürcüstanın Qardabani şəhərində anadan olub. Doğulduğu şəhərdə orta təhsil alandan sonra 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini, 2005-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.
2020-ci il iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdu. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin beş hərbi qulluqçu şəhid oldu. Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini də həlak oldu.
Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Onların şəhidliyi xalqımızın vətənpərvərlik duyğularının oyanmasında yeni bir dalğaya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər.
Tovuz döyüşləri, həmin döyüşlərdə bu iki yüksəkrütbəli hərbçinin şəhidlik zirvəsinə yüksəlməsi uzun illərdən bəri erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın azadlığı yolunda çox mühüm və həlledici amillərdən birinə çevrildi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Azərbaycan Prezidenti: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib













