ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb – YENİLƏNİB
Far.Az xəbər saytı

ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb – YENİLƏNİB


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

"Far.Az"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, beş saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasa zərbələr endirib.

Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.

Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.

ABŞ Silahlı Qüvvələri çərşənbə axşamına keçən gecə İrandakı hədəflərə qarşı yeni hücumlara başlayıb.

"Far.Az"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"(Bazar ertəsi) Şərq vaxtı ilə saat 16:45-də (çərşənbə axşamı, Bakı vaxtı ilə saat 00:45-red.), CENTCOM bölmələri Ali Baş Komandanın göstərişi ilə ardıcıl üçüncü gecə İrana zərbələr endirməyə başlayıblar", - bəyanatda deyilir.

Komandanlıq qeyd edib ki, bu zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum qabiliyyətini azaldacaq.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər