Lətifə Axarbaş: Medianın məqsədi dezinformasiyanın qarşısını alaraq etimadı yenidən bərpa etməkdir
Bu gün medianın məqsədi dezinformasiyanın qarşısını almaqla bərabər ictimai etimadı yenidən bərpa etməkdir.
"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun (HACA) prezidenti Lətifə Axarbaş (Latifa Akharbach) IV Şuşa Qlobal Media Forumunda deyib.
Onun sözlərinə görə, media və dövlət qurumları media sahəsində ortaq məsuliyyət daşıyırlar:
"Tədqiqatlara görə, insanların 56%-i xəbərləri daha çox sosial şəbəkələrdən əldə edir. Lakin bu xəbərlərin nə qədər doğru olmasını sual altında qoyur".
O qeyd edib ki, bu gün əsas məqsəd yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq deyil, həm də ictimai etimadı yenidən bərpa etməkdir:
"Hər bir ölkənin media və kommunikasiya sahəsində özünəməxsus yanaşması və inkişaf modeli mövcuddur. Bu platforma öz təcrübəmizi və ekspertizamızı bölüşmək üçün əlverişli imkan yaradır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib
-
Şamaxıda Yay Fest 2026-ya start verildi













