Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün dövlət rüsumu müəyyənləşir
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda qəbul olunub.
"Report" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu alınacaq.
Xatırladaq ki, "Balıqçılıq haqqında" qanun layihəsində balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin "akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi" əsasında həyata keçirilməsi və qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumu tutulması nəzərdə tutulub. Qanunun bu tələbindən irəli gələrək "Dövlət rüsumu haqqında" qanun yenilənir. Qeydiyyat şəhadətnaməsi verilən zamanı yaradılan təsərrüfatın tələblərə uyğunluğunun qiymətləndirilməsi, ekspertiza və inzibati icraat tədbirləri həyata keçirilir. Bu baxımdan dövlət rüsumunun müəyyən edilməsi həmin inzibati xərclərin qismən kompensasiyasını təmin etməklə yanaşı, hüquqi sistemdə bərabərlik və vahid yanaşma prinsipini də təmin edir və fəaliyyətin leqallaşdırılmasını stimullaşdırır.
Bundan başqa, "Lisenziyalar və icazələr haqqında" qanunda da dəyişiklik edilməsi təkif olunur. Müvafiq qanun layihəsinə əsasən, "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"na akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə edilir. Bu dəyişiklik su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin sistemli şəkildə gücləndirilməsinə xidmət edir və eyni obyekt üzərində həyata keçirilən fəaliyyət növləri - təbii resursların istismarı və süni yetişdirilməsi - arasında fərqli hüquqi rejimi aradan qaldıraraq vahid və ardıcıl tənzimləmə modeli formalaşdırır.
Mövcud vəziyyətdə balıqçılıq sahəsində təbii bioresurslardan istifadə icazə mexanizmi ilə tənzimləndiyi halda, akvakultura fəaliyyəti yalnız qeydiyyat proseduru ilə məhdudlaşırdı. Halbuki akvakultura yalnız təsərrüfat fəaliyyəti deyil, su ehtiyatlarından istifadə, ekosistemə müdaxilə və bioloji balansın dəyişdirilməsi ilə müşayiət olunan kompleks fəaliyyətdir. Təklif edilən dəyişiklik dövlət nəzarətini sonrakı mərhələdən ilkin (preventiv) mərhələyə keçirir və potensial risklərin əvvəlcədən müəyyən olunmasına imkan yaradır. Beynəlxalq təcrübə, xüsusilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müəyyən etdiyi prinsiplər bu yanaşmanı dəstəkləyir.
Oxşar xəbərlər
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib
-
Şamaxıda Yay Fest 2026-ya start verildi













