Ukrayna Ali Radası Türkiyə ilə azad ticarət haqqında sazişi ratifikasiya edib
Far.Az xəbər saytı

Ukrayna Ali Radası Türkiyə ilə azad ticarət haqqında sazişi ratifikasiya edib


Ukrayna Ali Radası 2022-ci ilin fevralında imzalanmış Ukrayna və Türkiyə arasında azad ticarət haqqında sazişi ratifikasiya edib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, 236 deputat iki ölkə arasında azad ticarətə dair sazişin ratifikasiyası barədə müvafiq qanunun lehinə səs verib.

Türkiyə parlamenti 2024-cü ilin avqust ayının əvvəlində Ukrayna ilə azad ticarət haqqında sazişi ratifikasiya edib.

İqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolev Ali Radada çıxışı zamanı qeyd edib ki, Ukraynanın Türkiyəyə ixracı ötən il 23 % artaraq 2,7 milyard dollara çatıb. O əlavə edib ki, 2025-ci ilin yekunlarına görə Türkiyə Ukrayna məhsullarının ixrac həcminə görə ikinci, ticarət dövriyyəsinə görə isə üçüncü yeri tutub: qarşılıqlı ticarət isə 7,9 milyard dollara qədər artıb.

"Bu, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dinamik şəkildə inkişaf etdiyini və onun potensialının böyük olduğunu təsdiqləyir", - nazir vurğulayıb.

O əlavə edib ki, azad ticarət haqqında saziş bu potensialı daha yaxşı üzə çıxarmağa kömək edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər