"İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək
Far.Az xəbər saytı

"İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək


Azərbaycan Premyer Liqası təmsilçisi "İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək.

"Far.Az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2026/2027 mövsümünün hazırlığına iyulun 8-də başlayan komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirəcək. "İmişli" iyulun 17-də "Şəfa", 21-də "Qarabağ-2", 24-də isə "Araz-Naxçıvan"la qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və ayın 28-də "Karvan-Yevlax"la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də "Qəbələ", avqustun 3-də isə "Sumqayıt"la yoxlama oyunları keçiriləcək.

Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqibin adına hələ aydınlıq gəlməyib

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər