Tramp: Düşünürəm ki, Yaxın Şərq birləşir
ABŞ Prezidenti Donald Tramp regionda sabitlik üçün əsas təhdid olan İranın zəifləməsi sayəsində Yaxın Şərq ölkələrinin birləşdiyini iddia edib.
"Far.Az" xəbər verir ki, o, bu barədə Ağ Evdə İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, region "birləşir".
"İstər inanın, istər inanmayın, ancaq hər şey qaydasına düşür. Biz Yaxın Şərqdə təcavüzkardan qurtuluruq", - Tramp İranı nəzərdə tutaraq jurnalistlərə deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə qorxu hökm sürürdü: Düşünürəm ki, Yaxın Şərq əvvəllər heç vaxt olmadığı kimi birləşir".
Tramp əlavə edib ki, bu kontekstdə Amerika qoşunlarının İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur.
"Biz düşünmürük ki, orada hərbçilərə ehtiyacımız var. Bu, çox böyük bir əməliyyatdır, hazırda neft şirkətləri İraqla müqavilələr bağlayır. Biz onlara kömək etməyə və qorumağa hazırıq, lakin bunun zəruri olacağını düşünmürük. İranın hərbi gücü dörd ay əvvəlkinin yalnız cüzi bir hissəsini təşkil edir", - Amerika lideri bildirib.
ABŞ Prezidenti, həmçinin Vaşinqtonun neft hasilatı sahəsində İraqla əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətini xatırladıb: "İraqın neft sayəsində böyük potensialı var və biz müqavilələr bağlamağa hazırlaşırıq. Biz hər iki ölkə üçün çoxlu iş yerləri yaradacağıq və çoxlu neft hasil edəcəyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir













