Valdas Dambrauskas: "TNS ilə keçirilən hər iki oyunun nəticəsindən razı qaldım"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçirdiyi hər iki oyunun nəticəsindən razı qalıb.
"Far.Az" xəbər verir ki, bunu litvalı mütəxəssis özü sözügedən oyundan sonra bildirib.
O, hər iki matçda yaxşı mübarizə apardıqlarını söyləyib:
"İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq. Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Ardınca qollar vurmağı bacardıq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Hər iki oyunun yekun nəticəsini müsbət qiymətləndirirəm"
O, növbəti mərhələyə yüksələn komandasını və azarkeşləri təbrik edib:
"Futbolçularımı, Azərbaycan futbol ictimaiyyətini və "Sabah" azarkeşlərini təbrik edirəm. Komandamız UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyi bacardı. Düşünürəm ki, ən vacib məqam məhz budur".
Litvalı çalışdırıcı II təsnifat mərhələsində qarşılaşacaqları rəqibi dəyərləndirib:
"İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq.
Növbəti mərhələdə Finlandiyanın "Kups" komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, "Kups"un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.
Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazım olan məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı bu matça ən yaxşı şəkildə hazırlamalıyıq".
Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirinin ilk təsnifat mərəhləsində TNS kollektivini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə üstələyərək növbəti raunda adlayıb.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb













