Albaniya Aİ-yə üzvlük danışıqlarında ilk üç fəsli bu gün bağlayıb
Albaniya bu gün Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarında ilk üç fəsli bağlayıb.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, qərar Brüsseldə keçiriləcək Albaniya–Aİ IX Hökumətlərarası Konfransında verilib.
Albaniya–Aİ IX Hökumətlərarası Konfransından sonra İrlandiyanın Avropa işləri və müdafiə üzrə dövlət naziri Tomas Börn və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edən ölkənin Baş naziri Edi Rama bildirib ki, bu inkişaf Albaniyanın əldə etdiyi irəliləyişin və həyata keçirdiyi islahatların qiymətləndirilməsidir.
"Biz indicə danışıqların üç mühüm fəslinin müvəqqəti bağlanması barədə razılığa gəldik. Bu, sadəcə uzun prosesdə növbəti addım deyil, həm də Albaniyanın irəlilədiyini, islahatların nəticə verdiyini və ölkənin üzvlüyün məsuliyyətlərini üzərinə götürməyə getdikcə daha yaxşı hazır olduğunu göstərən aydın qiymətləndirmədir", – Baş nazir bildirib.
Qeyd edək ki, bu addım Aİ-yə üzv dövlətlərin Daimi Nümayəndələri Komitəsinin iyulun 10-da qəbul etdiyi qərardan sonra atılır. Həmin qərarla Aİ-nin 25 (Elm və tədqiqat), 26 (Təhsil və mədəniyyət) və 30-cu fəsil (Xarici əlaqələr) üzrə danışıqların müvəqqəti bağlanmasına dair ümumi mövqeyi təsdiqlənib.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos səhər saatlarında bu günü Aİ-nin genişlənmə prosesi üçün "super çərşənbə axşamı" kimi qiymətləndirib.
Kos bildirib ki, Albaniya Ukrayna, Moldova və Monteneqro ilə birlikdə Avropaya inteqrasiya prosesində mühüm irəliləyiş əldə edir.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Marta Kos: Aİ-yə iqtisadi inteqrasiya üçün tələb olunan islahatlar ona üzvlük qədər çətindir
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi
-
Əməkdar artistin evində yanğın olub












