Demokratlar Pentaqonun maliyyələşdirilməsi haqqında qanun layihəsini dəstəkləməyiblər
Far.Az xəbər saytı

Demokratlar Pentaqonun maliyyələşdirilməsi haqqında qanun layihəsini dəstəkləməyiblər


ABŞ Konqresinin Senatı prosedur səsverməsində 2027-ci maliyyə ilində ölkənin hərbi ehtiyaclarına 1,15 trilyon dolların ayrılması haqqında qanun layihəsini dəstəkləməyib.

"Report" "C-SPAN"-a istinadən xəbər verir ki, sənədin lehinə 50 senator səs verib, əleyhinə 46. Qanun layihəsinin baxılmasının davam etdirilməsi üçün ən azı 60 səs tələb olunurdu.

Demokrat Partiyasının nümayəndələri, o cümlədən ABŞ və İran arasında hərbi əməliyyatların bərpa olunması səbəbindən təşəbbüsü dəstəkləməyəcəklərini bildiriblər. Demokratlar əvvəllər İslam respublikası ilə münaqişə ilə əlaqədar ABŞ administrasiyasını dəfələrlə tənqid ediblər.

Qeyd edilir ki, Pentaqonun maliyyələşdirilməsini nəzərdə tutan qanun layihələri, bir qayda olaraq, hər iki aparıcı Amerika partiyasının nümayəndələri tərəfindən dəstəklənir.

Oxşar xəbərlər

Bu günün valyuta məzənnələri
Azərbaycanda 1 lirə 5 qəpikdən aşağı düşüb
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər