TNS-in baş məşqçisi Kreyq Harrison: "Sabah" komandası əks-hücumlara çox sürətlə çıxır"
Far.Az xəbər saytı

TNS-in baş məşqçisi Kreyq Harrison: "Sabah" komandası əks-hücumlara çox sürətlə çıxır"


"Sabah" komandası əks-hücumlara çox sürətlə çıxır.

"Far.Az" xəbər verir ki, bunu Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"a məğlub olduqları cavab oyunundan sonra deyib.

Mütəxəssis komandasının matça yaxşı başladığını bildirib:

"İlk 15-20 dəqiqədə üstün tərəf biz idik. Amma rəqibin vurduğu ilk qol bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu. Bu, komandanın ruh yüksəkliyinə mənfi təsir göstərdi. Birinci hissədə iki çox anlamsız qol buraxdıq. Məncə, həmin qollar oyunun gedişinə uyğun deyildi. O vaxta qədər üstünlük bizdə idi.

Düşünürəm ki, ilk hissə 0:0 hesabı ilə başa çatsaydı, fasilədən sonra vəziyyəti dəyişə bilərdik. Ancaq fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq çox məyusedici idi. "Sabah" yaxşı komandadır. Əks-hücumlara çox sürətlə çıxırlar. Birinci hissədə onların cinahlardakı sürətinə qarşılıq verə bilmədik".

Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirinin ilk təsnifat mərəhləsində TNS kollektivini iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə üstələyərək növbəti raunda adlayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər