Vüsal Xəlilov: "Bazarla rəqabət aparmaq deyil, infrastruktur yaratmaq siyasətini seçmişik"
Far.Az xəbər saytı

Vüsal Xəlilov: "Bazarla rəqabət aparmaq deyil, infrastruktur yaratmaq siyasətini seçmişik"


Azərbaycan Mərkəzi Bankı (AMB) bazarla rəqabət aparmaq deyil, infrastruktur yaratmaq siyasətini seçib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bidirib.

Onun sözlərinə görə, süni intellekt modelləri maliyyə sektorunda uzun illərdir tətbiq olunur: "Bu texnologiyalar kredit skorinqində, əlavə məhsulların satışında (upsell və cross-sell), risklərin modelləşdirilməsi və stress-testlərin aparılmasında geniş istifadə edilir. Son dövrlərdə populyarlıq qazanan böyük dil modelləri (LLM) də artıq banklar tərəfindən müxtəlif istiqamətlərdə tətbiq olunmağa başlanıb. Ümumilikdə rəqəmsallaşmanı iki əsas istiqamətə bölmək olar: dövlət xidmətlərinin rəqəmsallaşdırılması və özəl sektorun rəqəmsallaşması. Hər iki istiqamət rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsinə, iqtisadi artımın dəstəklənməsinə mühüm töhfə verir. AMB-nin dövlət xidmətləri sahəsindəki roluna gəldikdə, qurumun vətəndaşlara təqdim etdiyi xidmətlərin sayı məhduddur. Fəaliyyətimiz əsasən maliyyə institutlarına yönəlib. Strateji yanaşmamız da vətəndaşlara birbaşa göstərilən xidmətlərin genişləndirilməsi deyil".

"Bunun əsas səbəbi ondan ibarətdir ki, rəqabətli mühitdə özəl sektorun hazırladığı məhsullar daha səmərəli və innovativ olur. Məhz buna görə də AMB-nin "AniPay" mobil tətbiqinin fəaliyyəti İdarə Heyətinin qərarı ilə dayandırılıb. Məqsəd bazarla rəqabət aparmaq deyil, özəl sektorun yeni məhsullar hazırlamasına imkan yaradan infrastrukturun qurulmasına diqqət yetirməkdir. Bu istiqamətdə ani ödəniş sistemi və açıq bankçılıq platforması kimi əsas infrastruktur layihələrinin inkişafı üzərində çalışırıq. Hesab edirik ki, bu yanaşma artıq nəticə verir. Məsələn, gündəlik ödənişlərdə QR ödənişlərindən istifadənin genişlənməsi bunun göstəricilərindən biridir. Bu sahədə digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyət də böyük əhəmiyyət daşıyır. Belə əməkdaşlıq maliyyə sektorunun rəqəmsallaşmasını sürətləndirir, xidmətlərin əlçatanlığını artırır və əməliyyat xərclərinin azalmasına mühüm töhfə verir".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər