"Rabitəbank" 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb
"Rabitəbank" ASC 2026-cı ilin ilk altı ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bank 5 milyon 604 min manat xalis mənfəət əldə edib. 2026-cı ilin II rübünün yekunlarına əsasən, Bankın ümumi aktivləri isə 1 milyard 398 milyon manat olub.
Kredit portfeli artımını davam etdirir
"Rabitəbank"ın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 995 milyon 84 min manata yüksəlib. Kreditləşmədə əldə olunan artım həm fərdi müştərilərin, həm də sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə göstərilən dəstəyin davamlı xarakter daşıdığını göstərir.
Kredit portfelinin strukturunda biznes kreditləri əsas paya sahib olmaqla 4,3% artaraq 436 milyon 228 min manat təşkil edib. İstehlak kreditləri portfeli 6,8% artımla 360 milyon 709 min manata, ipoteka kreditləri isə 7% artaraq 198 milyon 147 min manata yüksəlib.
Faiz gəlirlərində əhəmiyyətli artım
Bankın faiz gəlirləri də hesabat dövründə müsbət dinamika nümayiş etdirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artan faiz gəlirləri 77 milyon 616 min manat təşkil edib. Bu nəticə Bankın kredit portfelinin səmərəli idarə olunmasını və əsas bankçılıq fəaliyyətindən əldə olunan gəlirlərin artımını əks etdirir.
Fiziki şəxslərin əmanət portfeli
Hesabat dövrünün sonunda "Rabitəbank"ın fiziki şəxslər üzrə əmanət portfeli 619 milyon 497 min manat təşkil edib. Bank müştərilərinin əmanətlərinin idarə olunması istiqamətində fəaliyyətini davam etdirərək, fərqli maliyyə ehtiyaclarına uyğun əmanət məhsulları təqdim etməyə davam edir.
Kapital göstəriciləri üzrə nəticələr
Hesabat dövrünün sonunda "Rabitəbank"ın məcmu kapitalı isə tutulmalardan sonra 130 milyon 84 min manat təşkil edib.
"Rabitəbank" 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
"Rabitəbank" 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestri açıqlanıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Rabitəbank" İslam İnkişaf Bankı qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalayıb
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













