Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq?
"Gələcəkdə işğaldan azad edilmiş daha üç şəhərdə - Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur".
Far.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.
Agentlik sədrinin sözlərinə görə, bu mərkəzlər regional mərkəz statusunda fəaliyyət göstərərək ətraf rayonlara da xidmət edəcək.
O qeyd edib ki, hazırda Şuşada fəaliyyət göstərən "ASAN xidmət" mərkəzi həm yerli sakinlərə, həm də azad olunmuş digər ərazilərdəki vətəndaşlara xidmət göstərir. Ülvi Mehdiyev əlavə edib ki, gələcəkdə köçürülən əhalinin sayına uyğun olaraq, adıçəkilən üç şəhərdə regional mərkəzlərin açılması planlaşdırılır.
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













