Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Far.Az xəbər saytı

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır


Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirməyi planlaşdırır. Yeni məhdudiyyətlərin təxminən 140 fiziki və hüquqi şəxsi əhatə edəcəyi, onların arasında onlarla Rusiya bankının və media nümayəndələrinin də olacağı bildirilir.

BAKU.WS xəbər verir ki, bu barədə "EUobserver" nəşri məlumat yayıb.

Nəşrin tanış olduğu daxili sənədlərə əsasən, noyabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri 137 Rusiya vətəndaşı və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini müzakirə edəcəklər. Məhdudiyyətlər həmin şəxslər üçün viza qadağasını və aktivlərin dondurulmasını nəzərdə tutur.

Qeyd olunur ki, bu tədbirlər Rusiyaya qarşı hazırlanmaqda olan 22-ci sanksiyalar paketindən ayrı həyata keçiriləcək.

Xatırladaq ki, ötən həftə "Reuters" agentliyi Aİ nümayəndələrinin Rusiya maliyyə sistemi, "kölgə donanması" və dezinformasiya kampaniyaları ilə əlaqəli 145 təşkilat və şəxsə qarşı yeni məhdudiyyətlər barədə razılığa gəldiyini yazmışdı.

Agentliyin məlumatına görə, hibrid əməliyyatlarla əlaqəli fəaliyyətlərə görə nəzərdə tutulan sanksiyalar Leypsiq hava limanında partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz uçuş aparatının aşkarlanması hadisəsinə cavab xarakteri daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndi bayrama hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər