Messi dünya çempionatlarının yarımfinalında iştirak edən ən yaşlı meydan oyunçusu olub
Far.Az xəbər saytı

Messi dünya çempionatlarının yarımfinalında iştirak edən ən yaşlı meydan oyunçusu olub


Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarının yarımfinal mərhələsində iştirak edən ən yaşlı meydan oyunçusu kimi tarixə düşüb.

"Report" xəbər verir ki, 39 yaş 21 günlük futbolçu DÇ-2026-da İngiltərə millisinə qarşı yarımfinal görüşünə start heyətində çıxmaqla bu rekorda imza atıb.

Bununla da Messi 1958-ci il dünya çempionatının yarımfinalında 37 yaş 236 günlük olarkən meydana çıxan Almaniya millisinin sabiq futbolçusu Frist Valter və İsveç yığmasının keçmiş üzvü Qunnar Qrenə məxsus rekordu yeniləyib.

Dünya çempionatları tarixində yarımfinalda mübarizə aparan ən yaşlı futbolçu rekordu isə İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltona məxsusdur. O, 1990-cı il mundialının yarımfinal matçında 40 yaşında çərçivəni qoruyub.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz avtomobillər satışa çıxarlır - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər