ABŞ Braziliyadan idxal olunan məhsulların əksəriyyətinə 25 faizlik gömrük rüsumu tətbiq edəcək
Far.Az xəbər saytı

ABŞ Braziliyadan idxal olunan məhsulların əksəriyyətinə 25 faizlik gömrük rüsumu tətbiq edəcək


ABŞ administrasiyası Braziliyadan idxal edilən məhsulların böyük hissəsinə 25 faiz həcmində gömrük rüsumu tətbiq etmək barədə qərar verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində paylaşımında məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ticarət Nümayəndəsinə Braziliya mənşəli idxal məhsullarının əksəriyyətinə 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı göstəriş verib.

Marko Rubio bildirib ki, qərarın qəbul edilməsinə səbəb Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın rəhbərlik etdiyi hökumətin ABŞ ilə danışıqları, Vaşinqtonun mövqeyinə əsasən, konstruktiv və xoş niyyət çərçivəsində aparmaması olub.

Dövlət katibi qeyd edib ki, Braziliya hökumətinin iqtisadi siyasəti həm ABŞ, həm də Braziliya vətəndaşlarının maraqlarına mənfi təsir göstərir.

"Son bir il ərzində Lula Braziliya xalqının rifahına töhfə verə biləcək razılaşmanın əldə olunmasındansa, şəxsi ambisiyalarını üstün tutub. Bu səbəbdən tətbiq edilən gömrük rüsumları həmin yanaşmanın nəticəsidir", – deyə Rubio vurğulayıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər