İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI
Far.Az xəbər saytı

İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI


Türkiyənin Bakırköy Cumhuriyyət Baş Prokurorluğu narkotiklərlə mübarizə çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verib. Şübhəlilər arasında sənətçi, aktyor, iş adamı və obyekt sahiblərinin olduğu bildirilib.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı məşhur müğənnilər Sıla Gençoğlu və İlyas Yalçıntaş, eləcə də prodüser Mehmet Fatih Aksoy da daxil olmaqla 9 nəfər saxlanılıb.

Saxlanılma qərarı verilən şəxslər arasında Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Öner Faruk Işık, Şefik Ömer Dolman, Aybüke Albere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız, Burak Çelik, Volkan Büyükhanlı, Büşra Tatar, Cenk Çöteli, Feyza Cihan, Asude Mercan, H. Eylem İpek Şafak, Gökhan Şafak, Ümit Aslan, Buğra Balkaya, Akın Altan, Oğuz Alp Güler, Kübra Altay, Hilal Zeynep Hedbe və Melis Selçukoğlu yer alır.

Prokurorluğun məlumatına görə, şübhəlilər narkotik vasitələrdən istifadə, bu istifadəyə şərait yaratma və asanlaşdırma ittihamları üzrə araşdırılır. İstintaq davam edir.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Sıla Türkoğlu sevgilisi ilə evlənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər