"Expressbank"da rekord artım: xalis mənfəəti 72 %-dən çox yüksəldi
"Expressbank" 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
"Far.Az" xəbər verir ki, bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1 % yüksəldib.
Belə ki, 2025-ci ilin ikinci rübündə 4,297 milyon manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7,397 milyon manata çatıb.
Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8 % artaraq 12,782 milyon manata çatıb. Faiz gəlirləri və xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8 % və 10.6 % artım əldə olunub.
Bankın aktivləri də artım trendini davam etdirib. 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, "Expressbank"ın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7 % artaraq 704,969 milyon manat təşkil edib.
Kredit portfeli 18,1 milyon manat artaraq 567,815 milyon manata yüksəlib.
Hesabat dövrünün diqqətçəkən nəticələrindən biri də depozit portfelində qeydə alınan artım olub. Müştərilərin banka olan etimadının göstəricisi kimi qiymətləndirilən depozit portfeli 40,6 milyon manat və ya 13 % artaraq 352,062 milyon manata yüksəlib. Xüsusən, fiziki şəxslərin Banka yerləşdirdikləri əmanətlər 19 % artım göstərərək 259,747 milyon manatdan 309,038 milyon manata çatıb.
Əldə olunan maliyyə nəticələri "Expressbank"ın dayanıqlı inkişaf tempini və bazardakı mövqeyinin gücləndiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, Bank xidmət şəbəkəsinin genişləndirilməsi və rahat bank xidmətlərini daha əlçatan etmək məqsədilə, cari ayın sonunadək 2 yeni filialının qapılarını müştərilərinə açmağı planlaşdırır.
Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi 2025-ci ildə "Expressbank" ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
"Unibank" III rübün maliyyə nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kiyev son bir həftədə Rusiyaya gündə 850 dəfəyə qədər zərbə endirib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Xalq artistini səhnədə oğlu Çarlz müşayiət etdi
-
Premyer Liqa klubu afrikalı futbolçunun transferindən imtina edib













