Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var"
Far.Az xəbər saytı

Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var"


"Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var. Bunlardan biri milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Digər məqsəd dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsidir"

BAKU.WS xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı tədbirində iştirak edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib.

O qeyd edib ki, bununla yanaşı, dövlətimizin həyata keçirdiyi rəqəmsallaşma siyasətinə uyğun olaraq Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən qurumların rəqəmsallaşdırılması, eləcə də maarifçilik fəaliyyətinin daha da gücləndirilməsi əsas prioritetlərimizdəndir.

"Ümumilikdə isə bu layihələrin başlıca məqsədi Azərbaycanda həyata keçirilən və unikallığı ilə seçilən dövlət-din siyasətinin, eləcə də dünyəvilik prinsiplərinin bir-birini tamamladığını nümayiş etdirməkdir"- deyə Ramin Məmmədov fikirlərinə əlavə edib.

Qurum rəsmisi onu da bildirib ki, bu gün Azərbaycanda dövlət-din siyasətinin uğurla həyata keçirilməsi ilk növbədə ölkə başçısının dini konfessiyalara, dini mühitə və milli-mənəvi dəyərlərimizə verdiyi yüksək dəyərdən qaynaqlanır:

"Eyni zamanda bu dəyərlərin yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də təqdim olunması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir və hər birimiz bunu yüksək qiymətləndiririk".

Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin təşkilatçılığı reallaşır.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər