ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir
Tramp administrasiyası əcnəbi tələbələr, mədəni mübadilə proqramının iştirakçıları və xarici jurnalistlər üçün vizaların etibarlılığını məhdudlaşdıran yeni qaydaları təsdiqləyib.
"Report"un məlumatına görə, müvafiq qərar ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) saytında dərc edilib.
Yeni qaydalara əsasən, F vizaları (əcnəbi tələbələr üçün), J vizaları (mədəni mübadilə proqramının iştirakçıları üçün) və I vizaları (media nümayəndələri üçün) hazırda olduğu kimi bütün təhsil, iş və ya proqramda iştirak müddəti üçün deyil, müəyyən müddətə veriləcək. Sənəd Federal Reyestrdə dərc edildikdən 60 gün sonra, Konqresin təsdiqini gözləyərək qüvvəyə minəcək.
Əcnəbi tələbələr və mübadilə proqramının iştirakçıları üçün vizada maksimum qalma müddəti dörd il olacaq. Jurnalist vizaları maksimum 240 gün, Çin vətəndaşları üçün isə 90 gündən çox olmamaq şərti ilə veriləcək. Eyni zamanda bu vizaların sahibləri müddətin uzadılması üçün müraciət edə biləcəklər.
Bundan əlavə, yeni qaydalar aspirantlara xüsusi icazə olmadan təhsil proqramlarını dəyişdirməyi və ya başqa universitetə köçürməni qadağan edir. Məzunların təhsillərini və ya təcrübələrini başa vurduqdan sonra ABŞ-də qala biləcəkləri müddət də iki dəfə azaldılaraq 60 gündən 30 günə endirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik"
-
Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı













