Media: ABŞ İranın dəmir yolu qovşağına hücum edib, xəsarət alanlar var - YENİLƏNİB
Far.Az xəbər saytı

Media: ABŞ İranın dəmir yolu qovşağına hücum edib, xəsarət alanlar var - YENİLƏNİB


ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanındakı dəmir yolu qovşağına hücum edib.

"Far.Az"un məlumatına görə, bu barədə YJC agentliyi xəbər verib.

Məlumata görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.

İyulun 16-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti hücumların başladığını elan edib. İran mətbuatı Bəndər-Abbas və Qeşm adası yaxınlığında bir sıra partlayışlar barədə məlumat yayıb. Həmçinin Əhvaz, Buşehr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da hücumlara məruz qalıb.

ABŞ qırıcı təyyarələrdən istifadə edərək, İranın İranşəhr hava limanına raket zərbəsi endirib.

"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, yaxınlıqdakı ərazinin sakinləri üç partlayış səsi eşidiblər. Hava limanının infrastrukturuna dəyən ziyan və ya itki barədə hələ məlumat yoxdur.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İrana qarşı növbəti zərbələrə başladığını bildirib. İran mediası Bəndər-Abbas, Bəndər-Xomeyni və Qeşm adası yaxınlığında bir sıra partlayışların olduğunu xəbər verib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər