ABŞ-nin İrana hücumları nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2
Far.Az xəbər saytı

ABŞ-nin İrana hücumları nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-2


ABŞ-nin İranın cənubuna hava hücumları nəticəsində iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

Daha əvvəl ABŞ-nin Bəndər-Abbas limanının dəmir yolu qovşağına hücumu zamanı iki nəfərin xəsarət aldığı bildirilib.

Cümə axşamı ABŞ Silahl Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələri başladığını elan edib. İran mediası Bəndər-Abbas və Qeşm adası yaxınlığında bir sıra partlayışlar barədə məlumat yayıb. Həmçinin Əhvaz, Buşehr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da hücuma məruz qalıb.

ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanındakı dəmir yolu qovşağına hücum edib.

"Report"un məlumatına görə, bu barədə YJC agentliyi xəbər verib.

Məlumata görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.

İyulun 16-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti hücumların başladığını elan edib. İran mətbuatı Bəndər-Abbas və Qeşm adası yaxınlığında bir sıra partlayışlar barədə məlumat yayıb. Həmçinin Əhvaz, Buşehr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da hücumlara məruz qalıb.

ABŞ qırıcı təyyarələrdən istifadə edərək, İranın İranşəhr hava limanına raket zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, yaxınlıqdakı ərazinin sakinləri üç partlayış səsi eşidiblər. Hava limanının infrastrukturuna dəyən ziyan və ya itki barədə hələ məlumat yoxdur.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İrana qarşı növbəti zərbələrə başladığını bildirib. İran mediası Bəndər-Abbas, Bəndər-Xomeyni və Qeşm adası yaxınlığında bir sıra partlayışların olduğunu xəbər verib.

Oxşar xəbərlər

Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Media: ABŞ İranın dəmir yolu qovşağına hücum edib, xəsarət alanlar var - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər