İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb
Far.Az xəbər saytı

İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb


İdxal və ixrac prosesləri "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemi (AQTİS) vasitəsilə tam rəqəmsallaşdırılıb.

"Far.Az" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir: "Bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (49 703 ton) artıb. ABŞ, Avropa İttifaqı və Rusiya daxil olmaqla 20-dən çox növ heyvan mənşəli məhsul ixrac olunur.

Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokol imzalanıb. 39 müəssisəmizin 65 məhsulu Çinin CIFER elektron reyestrində qeydiyyatdan keçib".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər