Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb
Far.Az xəbər saytı

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb


Bu ilin yanvar-may aylarında Azərbaycan 220,2 min ABŞ dolları dəyərində 175,3 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Azərbaycan Rusiyaya 208 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çox) 160,9 ton (+21 %) və Gürcüstana 12,2 min ABŞ dolları dəyərində (+49 %) 14,4 ton (+52 %) məhsul satıb.

Hesabat dövründə ölkəyə xaricdən 18,45 min ABŞ dolları dəyərində (-66 %) 25,2 ton (-67 %) lobya gətirilib.

Azərbaycan Türkiyədən 16,1 min ABŞ dolları dəyərində (-70 %) 22,4 ton (-71 %), İrandan 1,95 min ABŞ dolları dəyərində (+49 dəfə) 2,8 ton (+40 dəfə) Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) və Çindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər