"Welt": Bundesver Litvada briqadanın komplektləşdirilməsində çətinlik çəkir
Far.Az xəbər saytı

"Welt": Bundesver Litvada briqadanın komplektləşdirilməsində çətinlik çəkir


Almaniya Silahlı Qüvvələri (Bundesver) yerləşdirmənin plana uyğun getdiyi barədə rəsmi açıqlamalara baxmayaraq, Litvada hərbi briqadanın komplektləşdirilməsində ciddi çətinliklərlə üzləşir.

"Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti daxili sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bölmələrin hazırlığını qiymətləndirmək üçün "Xidməti istifadə üçün" qrifli sənədlərdə işıqfor indikatorları sistemindən istifadə olunur. Hazırda onların əksəriyyəti narıncı və ya qırmızı zonadadır ki, bu da "kifayət deyil" və "kritikdir" mənasını verir. Xidmət etmək istəyənlərin sayının tədricən artmasına baxmayaraq, Bundesverin daxili qiymətləndirmələrinə görə, onların sayı hələ də çatışmır.

Qəzet qeyd edib ki, iyun ayına olan vəziyyətə görə, bəzi bölmələrin sayı Litvada nəzərdə tutulan ştat sayının 30 %-dən azını təşkil edib, bir çox digər bölmələr isə yarısından az komplektləşdirilib. Xüsusilə də rabitə bölmələri arasında komplektləşdirmə səviyyəsi yalnız 40 % civarında olub.

Formalaşdırılacaq on bölmədən dördü qeyri-qənaətbəxş komplektləşdirilmiş kimi qəbul edilib, daha üçü isə yol verilən səviyyə həddində olub. "Welt am Sonntag" vurğulayıb ki, bu göstəricilər gözləniləndən aşağı olaraq qalır, çünki əvvəlcə Litvadakı briqadanın yalnız könüllülük əsasında komplektləşdirilməsi nəzərdə tutulurdu.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər