Makron: Ukrayna SAMP/T hava hücumundan müdafiə sistemləri və 16 ədəd "Mirage" qırıcısı alacaq – YENİLƏNİB
Ukrayna yaxın həftələrdə raketlərlə birlikdə çatdırılması planlaşdırılan sistemləri tamamlayacaq yeni nəsil SAMP/T batareyalarının ilk partiyasını, həmçinin 16 ədəd "Mirage" qırıcısını alacaq.
"Far.Az"un AFP-yə istinadən məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bunu Parisdə "İstəklilər Koalisiyası" liderlərinin görüşündən sonra açıqlayıb.
İlk təyyarələr 2028-2029-cu illərdə Ukrayna səmasında uçmağa başlamalıdır", - o vurğulayıb.
SAMP/T-nin istehsalçısı olan MBDA-nın məlumatına görə, yeni nəsil sistemlər taktiki ballistik raketləri ələ keçirmək üçün gücləndirilmiş imkanlara malikdir.
Makron həmçinin yaxın aylarda "İstəklilər Koalisiyası" ölkələrinin Ukraynanın qonşularının ərazilərində təlimlər keçirəcəyini açıqlayıb. Rusiya ilə atəşkəs razılaşması əldə olunsa, Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya, Ukraynaya qısa zamanda hərbi kontingent yerləşdirməyi planlaşdırır.
"Koalisiyanın artıq Ukraynada çoxmillətli qüvvələri var və onlar artıq hərəkətə keçməyə hazırdırlar. Bu gün biz yaxın aylarda təlimlər keçirmək qərarına gəldik. Təlimlər bu gün bizə rəsmi olaraq təqdim edildi. Təlimlər Ukraynaya qonşu ölkələrdə yerləşdirilmə planlarımızı sınaqdan keçirmək və quruda, havada, dənizdə hazır, qətiyyətli və etibarlı olduğumuzu nümayiş etdirmək üçün keçiriləcək", - Makron izah edib.
Fransa və Ukrayna idarə olunan AASM bombalarının, "Aster 30" zenit raketlərinin və "Scalp" qanadlı raketlərinin Ukraynada lisenziyalı istehsalı barədə razılığa gəliblər.
"Far.Az"un məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu barədə Parisdə "İstəklilər Koalisiyası"nın iclasından sonra jurnalistlərə bildirib.
"Biz A2SM, "Aster 30" və "Scalp"ın yeni imkanları üçün lisenziyalaşdırma razılaşmaları barədə razılığa gəldik ki, bu da bizə Ukrayna ərazisində tərəfdaşlarımızla birlikdə bu silahları daha tez yaratmağa imkan verəcək", - o bildirib.
E.Makronun sözlərinə görə, radar sistemləri və əlavə raketlər də Ukraynaya köçürüləcək.
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Azərbaycan Prezidenti: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti
-
İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib













