Ukrayna Moskva ətrafında hərbi-sənaye kompleksi müəssisəsinə zərbə endirib
Far.Az xəbər saytı

Ukrayna Moskva ətrafında hərbi-sənaye kompleksi müəssisəsinə zərbə endirib


Ukrayna "Rostex" dövlət korporasiyasının strukturuna daxil olan və Moskva ətrafındakı Podolsk şəhərində yerləşən Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutuna pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Bu barədə "Far.Az" Ukrayna mediasına istinadən xəbər verir.

Məlumata görə, Klimovsk mikrorayonundakı müəssisə zərbəyə məruz qalıb, bundan sonra onun ərazisində yanğın baş verib.

Həmin institut atıcı silahların, döyüş təchizatının və döyüş sursatlarının hazırlanması üzrə ixtisaslaşıb. Müəssisədə xüsusilə "Ratnik" döyüş təchizatı, "Val" avtomatı, "Vintorez" snayper tüfəngi və SR-1 "Gürza" tapançası hazırlanır.

İnstitut Avropa İttifaqı, ABŞ, Ukrayna, Kanada, Yaponiya, İsveçrə və Yeni Zelandiyanın sanksiyaları altındadır.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər