Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Far.Az xəbər saytı

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib


Ukrayna Qara dənizdəki dəhliz ilə gəmi hərəkətinin Rusiya Silahlı Qüvvələrinin zərbələri səbəbindən dayandırılması ilə əlaqədar iyulun 27-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təşəbbüs edib.

"Far.Az"un məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

"Rusiya qlobal ərzaq təhlükəsizliyini girov saxlayır. Son bir neçə gün ərzində Rusiya hərbçiləri ən azı üç mülki yük gəmisini bombalayıb, onlarla ekipaj üzvü həlak olub və yaralanıb. Bu gün Ukraynanın Qara dəniz dəhlizi ilə heç bir gəmi keçməyib – məhz mövsümün ən aktiv vaxtında", – deyə nazir yazıb.

Sibiqa baş verənləri "qəsdən törədilən iqtisadi və humanitar terror" adlandırıb: "Bu addımlar davam edərsə, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla ailə qiymətlərin artması və aclıq təhlükəsi ilə üzləşə bilər".

Andrey Sibiqa bütün dövlətləri, xüsusilə də bu vəziyyətdən zərər çəkən ölkələri Rusiyadan Qara dənizdə gəmilərə qarşı hücumları dayandırmağı dərhal tələb etməyə çağırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər