"İnter Mayami" Kazemironu transfer edib
Braziliya millisinin üzvü Kazemiro ABŞ-nin "İnter Mayami" klubuna transfer olunub.
"Far.Az" xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
Kazemiro son olaraq İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edib. O, 2022-ci ilin yayında qoşulduğu komandanın heyətində İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.
Təcrübəli futbolçu daha əvvəl Braziliyanın "San-Paulu", Portuqaliyanın "Portu" və İspaniyanın "Real" klublarının da formasını geyinib. O, Madrid təmsilçisi ilə beş dəfə UEFA Çempionlar Liqasının, üç dəfə İspaniya çempionatının, üç dəfə İspaniya Superkubokunun, üç dəfə UEFA Superkubokunun və FIFA Klublararası dünya çempionatının qalibi olub. Bundan başqa, bir dəfə İspaniya Kubokunu qazanıb.
Kazemiro Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokuna sahib çıxıb.
Qeyd edək ki, "İnter Mayami"nin kapitanı Argentina millisinin hücumçusu Lionel Messidir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













