İrandan ABŞ-ni qıcıqlandıran bəyanat: "Raket obyektlərimizin yerini tapa bilmirlər"
Far.Az xəbər saytı

İrandan ABŞ-ni qıcıqlandıran bəyanat: "Raket obyektlərimizin yerini tapa bilmirlər"


İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şekarçi bildirib ki, ABŞ ən müasir kəşfiyyat vasitələrindən istifadə etsə də, İranın bəzi raket istehsalı müəssisələrinin yerləşdiyi əraziləri müəyyən edə bilmir.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, IRNA agentliyinə açıqlamasında danışıb.

"Raket istehsal edən müəssisələrimizin bir hissəsinin yerləşdiyi məkan düşmənə məlum deyil. Onlar bütün kəşfiyyat imkanlarına və texnologiyalarına baxmayaraq, bu obyektlərin harada yerləşdiyini müəyyən edə bilmirlər və çaşqın vəziyyətdədirlər", - deyə Şekarçi bildirib.

O əlavə edib ki, İranda pilotsuz uçuş aparatları və raketlərin istehsalı nə müharibə dövründə, nə də atəşkəs müddətində dayandırılıb.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər