Tarixi abidə uçma təhlükəsində
Far.Az xəbər saytı

Tarixi abidə uçma təhlükəsində


İsmayıllı rayonunun Girk kəndində yerləşən XIX əsrə aid tarixi abidə baxımsız vəziyyətə düşüb.

Ərazidə Mədəniyyət Nazirliyi tərəfindən quraşdırılan məlumat lövhəsində abidənin XIX əsrə aid olduğu və dövlət tərəfindən qorunduğu qeyd edilib. Lakin hazırda kilsənin damının böyük hissəsi uçub, divarları isə yararsız vəziyyətə düşüb.

Kənd sakinlərinin sözlərinə görə, aidiyyəti qurumların nümayəndələri bir neçə dəfə əraziyə gələrək abidəni qeydiyyata alıblar. Buna baxmayaraq, indiyədək onun bərpası və mühafizəsi istiqamətində hər hansı ciddi tədbir görülməyib.

"Özümü tanıyandan bu abidəni burada görmüşəm. Onun tarixi barədə ətraflı məlumatım yoxdur. Deyilənə görə, əvvəllər üstü bağlı olub. Sonradan külək damını dağıdıb", - kənd sakini deyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, abidə dövlət nəzarətindədir, müvəqqəti qapı qoyulub. Abidənin bərpasına gəlincə isə qeyd edilib ki, hazırda bu istiqamətdə hər hansı işin görülməsi nəzərdə tutulmayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xalq rəssamı: İş rejimim çox ağırdır, akademiyadan emalatxanaya gələndə maşında yatıram – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər