Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Far.Az xəbər saytı

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib


Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycan Respublikasının Sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Komitənin iclasında Azərbaycan Respublikasının "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" mövzusunda AQEM Sədrliyi çərçivəsində üzv dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılmış fəaliyyətlər müzakirə olunub.

Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyi üzrə gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqlar çərçivəsində irəliləyişlər barədə məlumat təqdim edilib və üzv dövlətlərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

İclasda cari ildə Bakı şəhərində keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri, habelə Azərbaycan Sədrliyi tərəfindən təklif olunan Zirvə Görüşünün mümkün yekun sənəd layihələri üzrə ilkin müzakirələr baş tutub.

Bundan əlavə, Komitənin gündəliyinə uyğun olaraq AQEM Katibliyinin tərkibi və strukturunun inkişafı, onun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də Konfransın müxtəlif əməkdaşlıq ölçüləri üzrə prioritet istiqamətlərlə bağlı konsepsiya sənədləri müzakirə olunub.

AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən onun institusional inkişafı, bu çərçivədə irəli sürülmüş təşəbbüslər və baş tutmuş tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər