Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar
Far.Az xəbər saytı

Nigar Fərhadın rəhbərlik etdiyi şirkətə qarşı ciddi iddialar


Bir qrup vətəndaş "Aid Group" xaricdə təhsil şirkətindən və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, xaricdə təhsil və iş imkanı vədi ilə şirkətə minlərlə manat ödəniş edən şəxslər nə vəd olunan xidmətləri ala, nə də ödədikləri vəsaiti geri qaytara bilirlər.

Şikayətçilərdən Aliyə Əfəndiyeva bildirib ki, şirkətin sosial şəbəkələrdəki reklamlarını gördükdən sonra müraciət edib. Onun sözlərinə görə, üç övladının Kanadada təhsil alması üçün mart ayında şirkətlə müqavilə bağlayaraq 17 min manat ödəyib.

Digər şikayətçi Ramin Bedimirzadə isə ABŞ-də təhsil almaq məqsədilə müqavilə əsasında şirkətə 4 350 manat ödədiyini deyib. O bildirib ki, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləğ geri qaytarılıb.

Şikayətçilərin sözlərinə görə, zərərçəkənlərin sayı bununla məhdudlaşmır. İddia edilir ki, şirkətin fəaliyyətindən zərər görən şəxslərin sayı çoxdur və ümumi maddi ziyanın məbləği kifayət qədər böyükdür. Onlar baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

"Aid Group" şirkətinin mövqeyini öyrənmək məqsədilə ofislə əlaqə saxlanılıb. Lakin şirkətin ofisi bağlı olub. Sosial şəbəkə hesablarında göstərilən əlaqə nömrələrinə edilən zənglər də cavabsız qalıb.

Hazırda şikayətçilər ödədikləri vəsaitin geri qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər