Moderator.az saytı 12 yaşını qeyd edir
Bu gün Moderator.az informasiya portalının fəaliyyətə başlamasından 12 il ötür.
"Far.Az" xəbər verir ki, mərhum jurnalist Zülfüqar Hüseynzadənin təsisçisi olduğu Moderator.az saytı 2012-ci il noyabr ayının 1-i fəaliyyətə başlayıb.
Saytın baş redaktoru Xəyalə Rəis "Far.Az"a bildirib ki, yarandığı gündən ona rəhbərlik edən Zülfüqar Hüseynzadə və onun seçdiyi peşəkar kollektiv sayəsində Moderator.az qısa zamanda ölkədə tanınaraq ciddi media qurumu kimi nüfuz qazanıb.
"Moderator.az bu gün iki dildə - Azərbaycan və rus dillərində xəbər yayır. Saytın informasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər öz əksini tapır.
Sayt yeni yaşında yeni dizaynla oxucularının qarşısına çıxıb. Operativ işləyən kollektiv bundan sonra da fəaliyyətini gücləndirəcək, qurucusunun adına layiq işlər görməkdə davam edəcək. Qeyd edim ki, Zülfüqar Hüseynzadə ötən ilin iyun ayında öz doğma yurdu olan Kəlbəcər rayonunun Başlıbel kəndində vəfat edib", - X.Rəis vurğulayıb.
"Far.Az" İnformasiya Agentliyinin kollektivi adından Moderator.az-da çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mehriban Əliyevanın doğum günüdür
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub













