Əziz Ələkbərli: Ermənistanda qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi dağıdılmayıb
Ermənistan ərazisində Qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları dağıdılmayıb.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycan Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda üç qəbiristanlıqla bağlı araşdırma işləri aparılır:
“Belə ki, Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Ermənistanda qəbiristanlıqlarımızdan 450-dən çoxu yer üzündən tamamilə silinib, 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap yenidir, 2024-cü ilin əvvəllərində salınıb.
Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir. Onların hamısı ilə əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanofob siyasət yürüdən dövlətlər də günahkardır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Xronika: - Ağ rəngli yer adları: Qərbi Azərbaycanın unudulmaz xəritəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər













