AQTA sədri Lənkəranda vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

AQTA sədri Lənkəranda vətəndaşları qəbul edəcək


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Lənkəranda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, sədr mayın 25-i saat 10:00-da Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasında (Lənkəran şəhəri, B.Mirsalayev küçəsi 272) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq mayın 24-dək qəbula yazıla bilərlər.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər