İsa Həbibbəyli: Bəzən ayrı-ayrı seysmoloqlar, az qala, həyəcan siqnalı çalınmasına təşviq edirlər
Far.Az xəbər saytı

İsa Həbibbəyli: Bəzən ayrı-ayrı seysmoloqlar, az qala, həyəcan siqnalı çalınmasına təşviq edirlər


Bəzən ayrı-ayrı seysmoloqlar zəlzələ ilə bağlı fərqli proqnozlar verir, az qala, həyəcan siqnalı çalınmasına təşviq edirlər.

"Far.Az" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.

Onun sözlərinə görə, bununla belə, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi baş verən hadisələr haqqında dəqiq proqnozlar verərək cəmiyyəti ajiotajdan xilas edir:

"Hətta mən özüm Qurban Yetirmişlidən soruşuram ki, o nəyə əsaslanaraq bu qədər nikbin proqnozlar verir? O isə özünün təhlillərini mənə göstərir və görürəm ki, doğrudan da, bu təhlillər elmin son nailiyyətlərinin tətbiqi ilə ortaya çıxır".

Akademik Mərkəzin ümumi fəaliyyətini yüksək qiymətləndirdiyini də bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər