Mingəçevirdə "Prezident Kuboku 2026" reqatasının rəsmi açılış mərasimi keçiriləcək
Bu gün Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçiriləcək.
"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə reqatasının paradı və açılış mərasimi baş tutacaq.
Saat 14:00-dan 15:00-dək təşkil olunacaq parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər.
Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olacaq.
Saat 19:00-dan etibarən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.
Tədbir atəşfəşanlıqla yekunlaşaraq Mingəçevir səmasında bayram abu-havası yaradacaq.
Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Reqataya mayın 1-də yekun vurulacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB













