Tramp Kanadadan idxala yeni rüsumları istisna etməyib
Far.Az xəbər saytı

Tramp Kanadadan idxala yeni rüsumları istisna etməyib


Amerika lideri Donald Tramp bu ölkədəki və ABŞ-nin havasını çirkləndirən meşə yanğınlarına görə Kanada mallarının idxalına əlavə rüsumların tətbiq edilməsini mümkün hesab edib.

"Far.Az" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Livan prezidenti Cozef Aunla görüşdən sonra jurnalistlərə bildirib.

"Biz bu məsələni nəzərdən keçiririk. Ciddi ziyan dəyib. Onlar öz meşələrinə lazımi qaydada nəzarət etmirlər. Külək isə bir qayda olaraq Nyu-York istiqamətində əsir", - Vaşinqton administrasiyasının rəhbəri bildirib və əlavə edib ki, bundan əvvəl Miçiqan ştatında havanın çirklənməsi səbəbindən bir neçə şirkətin fəaliyyəti pozulub.

O, Kanada mallarına 50%-lik rüsumların tətbiqi ilə bağlı əvvəllər qəbul edilən qərarın yanğınlarla bağlı vəziyyətə aidiyyətinin olmadığını xatırladıb.

"Xeyr, bu, ayrı məsələdir. Biz buna ayrı baxırıq. Bu, yalnız onların bizim fermerlərimizlə, bizim insanlarımızla necə rəftar etdiklərinə verilən cavabdır", - Tramp izah edib.

Kanada hakimiyyət orqanlarının məlumatına görə, ölkə ərazisində təxminən 890 meşə yanğını tüğyan edir və onlardan yüzə yaxınını nəzarət altına almaq mümkün deyil.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qəbələdə meşə fondu torpağında qanunsuz tikinti aşkarlanıb, qanunamüvafiq tədbirlər görülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər