Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-dən gedərkən hava limanında saxlanılıb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Dünya çempionatının finalından sonra Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiyanı Nyu-York hava limanında saxlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Argentinanın "TN" telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, assosiasiya rəhbərinin və digər təşkilat üzvlərinin kompüterləri və mobil telefonları müsadirə edilib. Məhkəmə sənədlərinə əsasən, Tapiya, assosiasiyanın xəzinədarı Pablo Toviqino və AFA rəhbəri ilə əlaqəsi olduğu bildirilən iş adamı Xavyer Faroni iyulun 30-da Floridanın Cənub dairəsi üzrə məhkəmədə ifadə verməlidirlər.
Hadisə AFA ilə bağlı maliyyə və kommersiya əməliyyatlarının araşdırıldığı bir vaxtda baş verib. Qeyd olunur ki, son həftələrdə Faroni və həyat yoldaşının Cənubi Floridada ən azı dörd elit daşınmaz əmlak obyektinin alınması ilə bağlı araşdırma da aktuallaşıb. Bu alışların ümumi dəyəri 11 milyon ABŞ dollarından çoxdur.
Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyi AFA-nın maliyyəsi ilə bağlı ilkin araşdırmanı davam etdirir. Məqsəd ABŞ bank sistemi vasitəsilə bu təşkilatla əlaqəli şəkildə hərəkət edən vəsaitlərin bir hissəsinin maliyyə fırıldaqları ilə bağlı cinayətlərə səbəb olub-olmadığını müəyyən etməkdir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













