Hüquqşünas alimə cinayət işi açıldı
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur.
Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından,barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib. Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Notarius həbs edilməyib. Onun barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, dəymiş ziyan ödənilmədiyi halda onu 5 ildən 10 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, internetdəki bioqrafiq məlumatlarında 44 yaşlı Səbuhi Əliyevin 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı, hüquqşünas alim olduğu qeyd edilir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













