"Bank of Baku"da Azərbaycan Dili Günü – seminar təşkil edildi
Ana dilindən doğru istifadəyə və dilin qorunmasının vacibliyinə hər zaman xüsusi önəm verən "Bank of Baku" bu istiqamətdə maarifləndirici təşəbbüsünü həyata keçirib.
Belə ki, Bank tərəfindən 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Sözün də gücü var! Ana dilində peşəkar ünsiyyət, inamlı nitq" mövzusunda seminar təşkil edilib.
"Bank of Baku" əməkdaşları üçün təşkil olunan seminarın əsas məqsədi Azərbaycan dilindən düzgün istifadəni təşviq etmək, səlis və peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək, həmçinin şifahi nitq mədəniyyətini təkmilləşdirməkdir.
Bakı Nitq Mərkəzinin təsisçisi və nitq təlimçisi Firuzə Aslanova tərəfindən keçirilən seminarda ana dilimizin tarixinə toxunulub, həmçinin işgüzar ünsiyyətdə diqqət edilməli məqamlar, inamlı və təsirli nitq, verbal və qeyri-verbal ünsiyyətin təsir gücü, ünsiyyət zamanı tez-tez yol verilən nitq xətalarından danışılıb.
İnteraktiv formada baş tutan seminarda bank əməkdaşları müxtəlif praktik tapşırıqlar yerinə yetirib və nitqin inkişafına yönəlik tövsiyələr əldə ediblər.
Qeyd edək ki, "Bank of Baku" ana dilində ünsiyyətin və nitq mədəniyyətinin inkişafına töhfə verən maarifləndirici addımları dəstəkləyir, əməkdaşların peşəkar inkişafına yüksək dəyər verir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb













